Caminin Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarına mənzum məktubları
Səadət Şıxıyeva
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Bakı Avrasiya Universiteti
Caminin Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarına mənzum məktubları*
Açar sözlər: Cami, məktub, mənzum, Ağqoyunlu, Qaraqoyunlu, ədəbi, tarixi
Xülasə
Caminin divanında onunla çağdaş olan bəzi hökmdarların mədh olunduğu bir neçə mənzum məktub yer alır. Bu şeirlərdə həmin hökmdarlara təkcə poetik baxış deyil, həm də realist münasibət öz əksini tapmışdır. Caminin istər mənzum, istərsə də mənsur məktublarının fərqləndirici xüsusiyyətlərindən biri bu məktubların, əsasən, zəmanəsinin hökmdarlarına ünvanlanması və mədhiyyə xarakterli olmasıdır. Şairin məktublarının daha bir özəlliyi onların cavab xarakterli olmasıdır. Qaraqoyunlu Cahanşah, Ağqoyunlu Sultan Yaqub, Osmanlı Sultan Məhəmməd Fateh və Sultan Bayəzidə ünvanlanan bu məktublar həm tarixi, həm də ədəbi baxımdan xüsusi dəyərə malikdir.
* Məqalənin əsas müddəaları 17–18 avqust 2016-cı ildə Türbət Camda (İran) təşkil olunmuş I Beynəlxalq Əbdürrəhman Cami konfransında məruzə olunmuşdur. (bax: 18)
“Hər işin ibtidası tərbiyədir”: Ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyəti
Elmi publisistika
|
Təhsil · Tərbiyə · Cəmiyyət
“Hər işin ibtidası tərbiyədir”: Ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyətiUşağın təlimindən əvvəl onun tərbiyəsi, şəxsiyyət və əxlaqlı insan kimi formalaşması dayanır. Bəs ailə, məktəb və müəllim bu taleyüklü prosesdə hansı məsuliyyəti daşıyır? |
Əməkdar müəllim Aydın Əhmədov elmi-pedaqoji yazısında ailə tərbiyəsinin əhəmiyyətini, məktəbin və müəllimin məsuliyyətini, milli-mənəvi dəyərlərin qorunmasını, şagird davranışını, pedaqoji intizamı və müasir cəmiyyətdə uşaqların tərbiyəsi ilə bağlı aktual problemləri təhlil edir.
UNEC elmi jurnallarını vahid rəqəmsal portalda birləşdirdi
Azərbaycan elminin beynəlxalq görünürlüğünə mühüm töhfə
Elmi jurnalların vahid rəqəmsal platformada toplanması onların sistemli idarə olunmasına, arxivlərinin qorunmasına, tədqiqatçılar üçün daha əlçatan olmasına və dünya elmi ictimaiyyətinə peşəkar şəkildə təqdim edilməsinə imkan yaradır. Bu platforma böyük təşkilati zəhmətin, müasir yanaşmanın və ardıcıl akademik nəşriyyat strategiyasının nəticəsidir.
UNEC-in iki elmi jurnalı SCImago platformasında
UNEC-in elmi nəşriyyat sahəsində əldə etdiyi mühüm nəticələrdən biri də universitetə aid iki elmi jurnalın nüfuzlu SCImago Journal & Country Rank platformasında təqdim olunmasıdır:
• UNEC Journal of Engineering and Applied Sciences
• Journal of Economic Sciences: Theory and Practice
Bu jurnalların SCImago platformasında təqdim edilməsi UNEC-in elmi nəşrlərinin beynəlxalq akademik informasiya mühitində görünürlüğünü və inkişaf edən nəşriyyat potensialını nümayiş etdirir.
Səfəvilər dövründə Azərbaycanın fəlsəfi mühiti və Müqəddəs Ərdəbili irsi
XVI əsr Azərbaycanın siyasi, dini və mədəni həyatında böyük dəyişikliklərin baş verdiyi mürəkkəb tarixi mərhələdir. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan və bütövlükdə region yeni siyasi güc mərkəzinə çevrildi. Bu proses yalnız dövlət idarəçiliyinə deyil, dini düşüncəyə, fəlsəfəyə, hüquqa, ədəbiyyata və təhsil həyatına da ciddi təsir göstərdi. ....
Müasir şəraitdə ailə tərbiyəsinin fəlsəfi-psixoloji aspektləri
Ailə cəmiyyətin ən qədim, eyni zamanda daim yenilənən sosial institutudur. Dövlətlər, ictimai münasibətlər və həyat tərzi dəyişsə də, insanın şəxsiyyət kimi formalaşdığı ilk mühit yenə ailə olaraq qalır. Uşaq dünyanı əvvəlcə ailəsinin münasibətləri vasitəsilə tanıyır; sevgini, etimadı, məsuliyyəti, ədaləti və qarşılıqlı hörməti ilk dəfə burada görür.....
Ünsiyyət qlobal problem kimi: insanı cəmiyyətə bağlayan mənəvi körpü
İnsan danışmadan müəyyən müddət yaşaya bilər, amma ünsiyyətsiz yaşaya bilməz. Çünki ünsiyyət yalnız söz mübadiləsi deyil; insanın özünü tanıması, başqasını anlaması, cəmiyyətdə yer tutması və mənəvi dünyasını zənginləşdirməsi prosesidir. Ailədən dövlətə, təhsildən siyasətə, gündəlik münasibətlərdən beynəlxalq əməkdaşlığa qədər bütün ictimai həyat ünsiyyət üzərində qurulur......
Azərbaycan pedaqogika elmi üçün mühüm hadisə: akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş fundamental konfrans keçiriləcək
Azərbaycan pedaqogika elminin görkəmli nümayəndəsi, milli təhsil tariximizin böyük tədqiqatçısı akademik Hüseyn Mustafa oğlu Əhmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə Bakıda genişmiqyaslı Respublika elmi-praktik konfransı keçiriləcək.
“Azərbaycan təhsili və pedaqoji fikir tarixi” mövzusuna həsr olunan konfrans 22 sentyabr 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq. Elmi tədbir öz əhatə dairəsinə, müəyyənləşdirilmiş tədqiqat istiqamətlərinə və iştirakçı qurumların nüfuzuna görə Azərbaycan pedaqogika elminin 2026-cı ildə keçiriləcək ən mühüm akademik hadisələrindən biri kimi dəyərləndirilə bilər.......