ümumi davranış qaydaları

Jurnallar.com portalında ümumi davranış qaydaları

Jurnallar.com elmi xəbərlər, akademik nəşrlər, elmi jurnallar, nəşr standartları və tədqiqat fəaliyyəti haqqında informasiya təqdim edən elmi platformadır. Portalımızdan müxtəlif elmi sahələri, ölkələri və dünyagörüşlərini təmsil edən istifadəçilər faydalanırlar. Sağlam, peşəkar və qarşılıqlı hörmətə əsaslanan mühitin qorunması üçün aşağıdakı qaydalara əməl olunması vacibdir.

İstifadəçilərdən digər oxuculara, müəlliflərə, tədqiqatçılara, jurnal redaksiyalarına və portal əməkdaşlarına hörmətlə yanaşmaları tələb olunur. Hər hansı irad, şikayət və ya təklifiniz varsa, təhqirə yol vermədən portalın administrasiyası ilə əlaqə saxlaya bilərsiniz.

Fikir ayrılığı yarandıqda elmi və əsaslandırılmış mövqe nümayiş etdirilməli, şəxsi hücumlardan və etik normalara zidd ifadələrdən istifadə olunmamalıdır.

Portalda aşağıdakılar qəti qadağandır:

  • Xəbərin, məqalənin və ya müzakirə olunan mövzunun məzmununa aid olmayan şərhlər;
  • Digər istifadəçilərin, müəlliflərin, alimlərin, redaktorların və portal əməkdaşlarının təhqir və ya təhdid edilməsi;
  • İnsan ləyaqətini alçaldan, ayrı-seçkiliyi, milli, irqi, dini və ya sosial ədavəti təşviq edən ifadələr;
  • Qeyri-etik, nalayiq və təhqiramiz sözlərdən istifadə;
  • Elmi müzakirə əvəzinə şəxsi qarşıdurma və əsassız ittihamların aparılması;
  • Yalan, saxta, müəllifi və ya mənbəyi göstərilməyən məlumatların məqsədli şəkildə yayılması;
  • Müəllif hüquqlarını və akademik etik normaları pozan materialların paylaşılması;
  • Spam, təkrar şərhlər və mövzu ilə əlaqəsi olmayan keçidlərin yerləşdirilməsi;
  • Administrasiyanın razılığı olmadan məhsulların, xidmətlərin, saytların, nəşrlərin və tədbirlərin reklam edilməsi;
  • Portalın və ya üçüncü şəxslərin texniki təhlükəsizliyinə zərər verə biləcək məlumat və keçidlərin paylaşılması.

Jurnallar.com istifadəçiləri elmi müzakirə mədəniyyətinə, akademik etikaya və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır.

Portalın administrasiyası bu qaydalara uyğun olmayan şərhləri və materialları əvvəlcədən xəbərdarlıq etmədən redaktə etmək, gizlətmək və ya silmək hüququnu özündə saxlayır.

Qaydaların pozulmasına görə istifadəçiyə xəbərdarlıq edilə, onun şərh yazmaq imkanları məhdudlaşdırıla və ya hesabı müvəqqəti, yaxud daimi olaraq bloklana bilər. Ciddi pozuntu hallarında bloklama əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq oluna bilər.

Administratorların və moderatorların təhqir edilməsi, onların fəaliyyətinə qəsdən maneə yaradılması da hesabın bloklanmasına səbəb ola bilər.

Saytda qeydiyyatdan keçməklə və ya portalın xidmətlərindən istifadə etməklə bu qaydaları oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edirsiniz.