“Şah” titulu Səfəvilərin İran dövlətçilik ənənəsinin davamçısı olduğunu göstərirmi?
Səfəvilərin tarixi mənsubiyyəti və dövlətçilik ənənəsi ətrafında müzakirələrin yenidən aktuallaşdığı bir vaxtda tanınmış tarixçi və tədqiqatçı Əkbər Nəcəfin “Şah — Səfəvilərin hökmdarlıq titulu” adlı yazısını təqdim edirik.
Müəllif klassik Qərb tarixşünaslığında geniş yayılmış yanaşmanı təhlil edir və I Şah İsmayılın hökmdarlıq titulunun yalnız Sasani siyasi ənənəsi ilə əlaqələndirilməsinin nə dərəcədə əsaslı olduğunu araşdırır.
Əkbər Nəcəf Səfəvi dövrü mənbələrinə istinad edərək göstərir ki, I Şah İsmayıl haqqında “şah” titulundan əlavə, “xaqan”, “bahadır”, “sultan”, “zillullah” və digər hökmdarlıq titulları da işlədilmişdir. Müəllif xüsusilə “xaqan” titulunun Səfəvi siyasi terminologiyasındakı yerinə diqqət çəkir..................