ORCID nədir və alimlərimizə nə üçün lazımdır?

Müasir elmi mühitdə tədqiqatçının yalnız məqalə yazması kifayət etmir. Onun elmi fəaliyyətinin düzgün qeydə alınması, müəllifliyinin təsdiqlənməsi və beynəlxalq akademik ictimaiyyətə əlçatan olması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ORCID alimlərin elmi fəaliyyətini sistemləşdirən ən vacib beynəlxalq platformalardan biridir... Ətraflı oxu →

Ətraflı oxu

Elm var, amma istinad yoxdur: Azərbaycan alimləri niyə bir-birini oxumur?

Elmdə yeni bilik yaratmaq qədər, mövcud bilikdən istifadə etmək də vacibdir. Hər bir elmi tədqiqat əvvəlki araşdırmalar üzərində qurulur, inkişaf edir və yeni nəticələr ortaya qoyur. Məhz buna görə istinad elmi yazının texniki elementi deyil, akademik mədəniyyətin əsas prinsiplərindən biridir............

Ətraflı oxu

Xaricdə dərc olunan elmi məqalələrə dair vahid məlumat sistemi niyə vacibdir?

Azərbaycan alimlərinin beynəlxalq elmi jurnallarda nəşr etdirdiyi məqalələrin sayı son illərdə artmaqdadır. Bu, ümumilikdə müsbət tendensiyadır. Lakin bu artımla yanaşı, başqa bir məsələ də aktuallaşır: ölkədə alimlərin beynəlxalq nəşrlərini sistemli şəkildə əks etdirən vahid elmi məlumat bazası və ya elmimetrik platforma hələ də formalaşmayıb.............................

Ətraflı oxu

Elmi jurnalların adında kobud səhvlər: peşəkarlıq, yoxsa məsuliyyətsizlik?

Elmi jurnalın adı onun vizit kartıdır. Oxucu, müəllif, rəyçi və beynəlxalq indekslər ilk növbədə jurnalın adını görür. Əgər həmin adın ingilis dilində yazılışında və ya termin seçimində kobud səhvlər varsa, bu, təkcə dil problemi deyil, həm də redaksiyanın peşəkarlığı və elmi məsuliyyəti haqqında ciddi suallar yaradır......................................

Ətraflı oxu

Dünya reytinqlərində yüksəlmək üçün universitetlər nələri dəyişməlidir?

Son illərdə dünyanın aparıcı universitet reytinqlərində – Times Higher Education (THE), QS World University RankingsAcademic Ranking of World Universities (ARWU) – yer alan ali təhsil müəssisələrinin fəaliyyəti diqqətlə araşdırıldıqda ortaq bir mənzərə ortaya çıxır. Bu universitetlər təkcə güclü elmi potensiala malik deyil, həm də beynəlxalq akademik sistemə inteqrasiya olunmuş, açıq elmi mühit formalaşdırmış və elmi nəticələrini qlobal platformalarda görünən etməyi bacarmış müəssisələrdir.....................

Ətraflı oxu

H-indeksin artırılması: Azərbaycan elmi beynəlxalq rəqabətə necə qoşula bilər?

Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə görünürlüğü son illərdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri elmi fəaliyyətin qiymətləndirilməsində H-indeksi, istinadların sayını və beynəlxalq elmi bazalarda indekslənən nəşrləri əsas meyar kimi qəbul edirlər. Azərbaycanda isə bu istiqamətdə hələ də həllini gözləyən problemlər mövcuddur........

Ətraflı oxu

Milli Elmi İndeks: Azərbaycan elminin gələcəyi üçün strateji zərurət

Azərbaycan elminin qarşısında duran əsas problemlərdən biri elmi nəticələrin beynəlxalq akademik mühitdə kifayət qədər görünməməsidir. Son illər alimlərin elmi məhsuldarlığı artsa da, bu tədqiqatların əhəmiyyətli hissəsi beynəlxalq elmi bazalarda indekslənmir, istinad almır və dünya elmi dövriyyəsinə daxil ola bilmir. Bunun əsas səbəblərindən biri ölkədə vahid milli elmi indeks və elmi məlumat bazasının olmamasıdır................

Ətraflı oxu