UNEC elmi jurnallarını vahid rəqəmsal portalda birləşdirdi

Akademik nəşriyyat

UNEC elmi jurnallarını vahid rəqəmsal portalda birləşdirdi

UNEC Journals Portal Azərbaycanın akademik nəşrlərinin sistemli idarə olunması və beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi istiqamətində həyata keçirilmiş mühüm və təqdirəlayiq təşəbbüsdür.

Vahid jurnal portalı Beynəlxalq görünürlük SCImago-da 2 jurnal
Əsas Xəbərə keçid → 

Azərbaycan elminin beynəlxalq görünürlüğünə mühüm töhfə

Elmi jurnalların vahid rəqəmsal platformada toplanması onların sistemli idarə olunmasına, arxivlərinin qorunmasına, tədqiqatçılar üçün daha əlçatan olmasına və dünya elmi ictimaiyyətinə peşəkar şəkildə təqdim edilməsinə imkan yaradır. Bu platforma böyük təşkilati zəhmətin, müasir yanaşmanın və ardıcıl akademik nəşriyyat strategiyasının nəticəsidir.

UNEC-in iki elmi jurnalı SCImago platformasında

UNEC-in elmi nəşriyyat sahəsində əldə etdiyi mühüm nəticələrdən biri də universitetə aid iki elmi jurnalın nüfuzlu SCImago Journal & Country Rank platformasında təqdim olunmasıdır:

• UNEC Journal of Engineering and Applied Sciences

• Journal of Economic Sciences: Theory and Practice

Bu jurnalların SCImago platformasında təqdim edilməsi UNEC-in elmi nəşrlərinin beynəlxalq akademik informasiya mühitində görünürlüğünü və inkişaf edən nəşriyyat potensialını nümayiş etdirir.

Ətraflı oxu