Caminin Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarına mənzum məktubları

Səadət Şıxıyeva

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Bakı Avrasiya Universiteti

Elmi-tədqiqat məqaləsi

Caminin Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarına mənzum məktubları*

Açar sözlər: Cami, məktub, mənzum, Ağqoyunlu, Qaraqoyunlu, ədəbi, tarixi

Xülasə

Caminin divanında onunla çağdaş olan bəzi hökmdarların mədh olunduğu bir neçə mənzum məktub yer alır. Bu şeirlərdə həmin hökmdarlara təkcə poetik baxış deyil, həm də realist münasibət öz əksini tapmışdır. Caminin istər mənzum, istərsə də mənsur məktublarının fərqləndirici xüsusiyyətlərindən biri bu məktubların, əsasən, zəmanəsinin hökmdarlarına ünvanlanması və mədhiyyə xarakterli olmasıdır. Şairin məktublarının daha bir özəlliyi onların cavab xarakterli olmasıdır. Qaraqoyunlu Cahanşah, Ağqoyunlu Sultan Yaqub, Osmanlı Sultan Məhəmməd Fateh və Sultan Bayəzidə ünvanlanan bu məktublar həm tarixi, həm də ədəbi baxımdan xüsusi dəyərə malikdir.

* Məqalənin əsas müddəaları 17–18 avqust 2016-cı ildə Türbət Camda (İran) təşkil olunmuş I Beynəlxalq Əbdürrəhman Cami konfransında məruzə olunmuşdur. (bax: 18)

Ətraflı oxu