Azərbaycan pedaqogika elmi üçün mühüm hadisə: akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş fundamental konfrans keçiriləcək
Azərbaycan pedaqogika elminin görkəmli nümayəndəsi, milli təhsil tariximizin böyük tədqiqatçısı akademik Hüseyn Mustafa oğlu Əhmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə Bakıda genişmiqyaslı Respublika elmi-praktik konfransı keçiriləcək.
“Azərbaycan təhsili və pedaqoji fikir tarixi” mövzusuna həsr olunan konfrans 22 sentyabr 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq. Elmi tədbir öz əhatə dairəsinə, müəyyənləşdirilmiş tədqiqat istiqamətlərinə və iştirakçı qurumların nüfuzuna görə Azərbaycan pedaqogika elminin 2026-cı ildə keçiriləcək ən mühüm akademik hadisələrindən biri kimi dəyərləndirilə bilər.......