Elm var, amma istinad yoxdur: Azərbaycan alimləri niyə bir-birini oxumur?

Elmdə yeni bilik yaratmaq qədər, mövcud bilikdən istifadə etmək də vacibdir. Hər bir elmi tədqiqat əvvəlki araşdırmalar üzərində qurulur, inkişaf edir və yeni nəticələr ortaya qoyur. Məhz buna görə istinad elmi yazının texniki elementi deyil, akademik mədəniyyətin əsas prinsiplərindən biridir............

Ətraflı oxu

Xaricdə dərc olunan elmi məqalələrə dair vahid məlumat sistemi niyə vacibdir?

Azərbaycan alimlərinin beynəlxalq elmi jurnallarda nəşr etdirdiyi məqalələrin sayı son illərdə artmaqdadır. Bu, ümumilikdə müsbət tendensiyadır. Lakin bu artımla yanaşı, başqa bir məsələ də aktuallaşır: ölkədə alimlərin beynəlxalq nəşrlərini sistemli şəkildə əks etdirən vahid elmi məlumat bazası və ya elmimetrik platforma hələ də formalaşmayıb.............................

Ətraflı oxu

Elmi jurnalların adında kobud səhvlər: peşəkarlıq, yoxsa məsuliyyətsizlik?

Elmi jurnalın adı onun vizit kartıdır. Oxucu, müəllif, rəyçi və beynəlxalq indekslər ilk növbədə jurnalın adını görür. Əgər həmin adın ingilis dilində yazılışında və ya termin seçimində kobud səhvlər varsa, bu, təkcə dil problemi deyil, həm də redaksiyanın peşəkarlığı və elmi məsuliyyəti haqqında ciddi suallar yaradır......................................

Ətraflı oxu

Portalın məqsədi

Portalın məqsədi

Portalın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən elmi jurnallar haqqında etibarlı milli informasiya mənbəyi formalaşdırmaq, onların beynəlxalq elmi nəşr standartlarına uyğun inkişafına dəstək vermək və ölkədə elmi nəşr mədəniyyətinin inkişafına töhfə verməkdir.

Bu məqsədlə portal:

  • Azərbaycan elmi jurnallarının beynəlxalq görünürlüğünün artırılmasını;
  • Elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsini;
  • Akademik nəşr standartlarının təşviq edilməsini;
  • Beynəlxalq indekslərə hazırlıq prosesinin dəstəklənməsini;
  • Alimlər, universitetlər və elmi təşkilatlar üçün etibarlı akademik informasiya mühitinin yaradılmasını;
  • Azərbaycan elminin beynəlxalq akademik sistemə inteqrasiyasının gücləndirilməsini qarşıya əsas məqsəd kimi qoyur.

www.jurnallar.com Azərbaycan elmi jurnalları, tədqiqatçılar və ali təhsil müəssisələri üçün beynəlxalq akademik nəşr sahəsində etibarlı informasiya, qiymətləndirmə və metodiki dəstək platforması kimi fəaliyyət göstərir.

"Elmi Jurnallar" Platformasının Keyfiyyət Siyasəti

"Elmi Jurnallar" platformasının əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən elmi jurnallar haqqında etibarlı, şəffaf və sistemləşdirilmiş milli informasiya bazasının yaradılması, elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq akademik standartların tətbiqinə dəstək göstərilməsidir.

Bu məqsədlə platformaya yalnız müəyyən edilmiş minimum akademik və nəşr standartlarına cavab verən elmi jurnallar daxil edilir.

Platformaya qəbul edilmə jurnalın elmi keyfiyyətinin tam qiymətləndirilməsi və ya reytinqinin müəyyən edilməsi anlamına gəlmir. Qəbul prosesi yalnız jurnalın platformada qeydiyyata alınması üçün tələb olunan minimum standartlara uyğunluğunu müəyyən edir.

Minimum tələblərə cavab verməyən jurnallar platformaya daxil edilmir. Müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra jurnal yenidən qiymətləndirilmək üçün müraciət edə bilər.

 

Azərbaycanın Elmi Jurnal Standartı (AEJS)

Platformaya qəbul üçün jurnal minimum olaraq aşağıdakı akademik və texniki meyarlara cavab verməlidir:

  • Rəsmi və aktiv internet saytının mövcudluğu;
  • Beynəlxalq ISSN nömrəsinin olması;
  • DOI sistemindən istifadə edilməsi və ya DOI siyasətinin mövcudluğu;
  • Müstəqil ekspert rəyləndirmə (Peer Review) mexanizminin tətbiqi;
  • Nəşr etikası (Publication Ethics) siyasətinin dərc olunması;
  • Plagiatın qarşısının alınması üzrə siyasətin mövcudluğu;
  • Açıq giriş (Open Access) siyasətinin açıqlanması;
  • Redaksiya heyəti və əlaqə məlumatlarının şəffaf təqdim olunması;
  • Müəlliflər üçün nəşr qaydalarının və məqalə hazırlama tələblərinin dərc edilməsi;
  • Elektron arxiv və ya nəşr arxiv sisteminin mövcudluğu;
  • Müntəzəm və davamlı nəşr fəaliyyətinin həyata keçirilməsi;
  • Elmi məqalələrin beynəlxalq akademik və nəşr standartlarına uyğun hazırlanması.

 

AEJS Uyğunluq Qiymətləndirilməsi

Platformaya qəbul zamanı hər jurnal üzrə AEJS Uyğunluq Balı hesablanır. Bu bal jurnalın minimum qəbul meyarlarına uyğunluq səviyyəsini əks etdirir.

Bal

Qiymətləndirmə

95–100

Tam uyğundur

80–94

Uyğundur

60–79

Təkmilləşdirilməsi tövsiyə olunur

0–59

Platformaya qəbul edilmir

AEJS uyğunluq balı yalnız jurnalın platformaya qəbul olunması üçün tələb olunan minimum standartlara uyğunluğunu göstərir və jurnalın elmi nüfuzu, akademik təsiri və ya beynəlxalq reytinqini ifadə etmir.

 

Platformanın Prinsipi

"Elmi Jurnallar" platforması hər hansı elmi jurnalı kommersiya məqsədilə reklam etmək və ya subyektiv şəkildə üstün tutmaq məqsədi daşımır.

Platformanın fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:

  • obyektivlik və müstəqillik;
  • şəffaflıq;
  • beynəlxalq akademik nəşr standartlarına uyğunluq;
  • nəşr etikası prinsiplərinə riayət olunması;
  • elmi keyfiyyətin davamlı inkişafının təşviqi.

Platformanın əsas missiyası Azərbaycan elmi jurnallarının beynəlxalq akademik mühitə inteqrasiyasına, nəşr keyfiyyətinin yüksəldilməsinə və etibarlı milli jurnal informasiya sisteminin formalaşdırılmasına töhfə verməkdir.

Ətraflı oxu

Elmi jurnalların qiymətləndirilməsi standartları

Azerbaijan Journal Rating (AJR)

Journal Evaluation Methodology (100 Points)

 

I. Redaksiya siyasəti və nəşr etikası – 15 bal

Meyar

Bal

Baş redaktor haqqında tam məlumat (ad, elmi dərəcə, ORCID və s.)

2

Redaksiya heyətinin tam təqdim olunması

2

Beynəlxalq redaksiya heyətinin mövcudluğu

2

Peer Review siyasətinin aydın şəkildə dərc olunması

3

Double-Blind Review sisteminin tətbiqi

2

Nəşr etikası siyasəti (COPE prinsipləri, plagiat, maraqların toqquşması, düzəliş və geri çəkilmə siyasəti)

4

Cəmi

15

 

II. Saytın texniki keyfiyyəti – 15 bal

Meyar

Bal

HTTPS təhlükəsizlik sertifikatı

2

Mobil cihazlara uyğun (Responsive) dizayn

2

Elektron arxiv sistemi (html, pdf, xml, və s.)

2

XML/JATS metadata dəstəyi

2

DOI inteqrasiyası

2

ORCID inteqrasiyası

2

Onlayn məqalə idarəetmə sistemi (OJS, ScholarOne və s.)

3

Cəmi

15

 

III. Nəşr keyfiyyəti – 20 bal

Meyar

Bal

Nömrələrin vaxtında nəşr olunması

3

Çap (Print) versiyasının mövcudluğu

2

Bütün məqalələr üçün DOI

3

İngilis dilində metadata (Title, Abstract, Keywords)

2

Beynəlxalq istinad və ədəbiyyat formatının düzgün tətbiqi (APA, IEEE, Chicago, Vancouver və s.)

3

Plagiatın yoxlanılması və plagiat siyasəti

3

Məqalələrin peşəkar dil redaktəsi və korrektəsi

2

Açıq giriş (Open Access) siyasəti

2

Cəmi

20

 

IV. Beynəlxalqlaşma və şəffaflıq – 20 bal

Meyar

Bal

Xarici müəlliflərin iştirakı

3

Xarici redaksiya heyətinin mövcudluğu

2

Saytın ingilis dili versiyası

2

Crossref üzvlüyü

2

APC (Article Processing Charge) siyasətinin açıq şəkildə göstərilməsi

2

Lisenziya (Creative Commons və s.) və Copyright siyasətinin mövcudluğu

2

Rəsmi sosial media hesablarının mövcudluğu və aktivliyi (Facebook, LinkedIn, X və s.)

2

Məqalələrin rəqəmsal görünürlüğü (Altmetric, PlumX və ya ekvivalent xidmətlərin tətbiqi)

1

Əlaqə məlumatlarının tam və şəffaf təqdim olunması

2

Müəllif qaydalarının (Author Guidelines) mövcudluğu

1

Nəşr etikası sənədlərinin tamlığı

1

Cəmi

20

 

V. Elmi görünürlük və beynəlxalq indekslənmə – 30 bal

Meyar

Bal

Web of Science Core Collection

5

Scopus

5

PubMed / MEDLINE

3

Embase

2

ERIH PLUS

2

DOAJ

2

EBSCOhost

2

ProQuest

2

Google Scholar

2

OpenAlex

1

Dimensions

1

WorldCat

1

ROAD

1

Index Copernicus

1

Cəmi

30

 

Ümumi nəticə

Bal

Kateqoriya

90–100

AJR A Kateqoriyası

75–89

AJR B Kateqoriyası

60–74

AJR C Kateqoriyası

0–59

AJR Standartlarına uyğun deyil


Ətraflı oxu

Dünya reytinqlərində yüksəlmək üçün universitetlər nələri dəyişməlidir?

Son illərdə dünyanın aparıcı universitet reytinqlərində – Times Higher Education (THE), QS World University Rankings və Academic Ranking of World Universities (ARWU) – yer alan ali təhsil müəssisələrinin fəaliyyəti diqqətlə araşdırıldıqda ortaq bir mənzərə ortaya çıxır. Bu universitetlər təkcə güclü elmi potensiala malik deyil, həm də beynəlxalq akademik sistemə inteqrasiya olunmuş, açıq elmi mühit formalaşdırmış və elmi nəticələrini qlobal platformalarda görünən etməyi bacarmış müəssisələrdir.....................

Ətraflı oxu

Xoş Gəlmisiniz.

JURNALLAR.com — Milli Elmi İnformasiya Portalı

Elmi informasiya portalına xoş gəlmisiniz!

JURNALLAR.com Azərbaycanın elmi jurnalları, akademik nəşr standartları və beynəlxalq elmi nəşr prosesləri haqqında etibarlı məlumatları bir araya gətirən müasir elmi informasiya portalıdır.

Portalda elmi jurnallar, indeksləmə sistemləri, nəşr etikası, akademik yazı qaydaları, elmi konfranslar və tədqiqatçılar üçün aktual imkanlar barədə məlumatlar təqdim olunur.

Ətraflı oxu

H-indeksin artırılması: Azərbaycan elmi beynəlxalq rəqabətə necə qoşula bilər?

Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə görünürlüğü son illərdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri elmi fəaliyyətin qiymətləndirilməsində H-indeksi, istinadların sayını və beynəlxalq elmi bazalarda indekslənən nəşrləri əsas meyar kimi qəbul edirlər. Azərbaycanda isə bu istiqamətdə hələ də həllini gözləyən problemlər mövcuddur........

Ətraflı oxu