Filologiya - ELM XƏBƏR PORTALI

Caminin Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarına mənzum məktubları
Səadət Şıxıyeva

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Bakı Avrasiya Universiteti

Elmi-tədqiqat məqaləsi

Caminin Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarına mənzum məktubları*

Açar sözlər: Cami, məktub, mənzum, Ağqoyunlu, Qaraqoyunlu, ədəbi, tarixi

Xülasə

Caminin divanında onunla çağdaş olan bəzi hökmdarların mədh olunduğu bir neçə mənzum məktub yer alır. Bu şeirlərdə həmin hökmdarlara təkcə poetik baxış deyil, həm də realist münasibət öz əksini tapmışdır. Caminin istər mənzum, istərsə də mənsur məktublarının fərqləndirici xüsusiyyətlərindən biri bu məktubların, əsasən, zəmanəsinin hökmdarlarına ünvanlanması və mədhiyyə xarakterli olmasıdır. Şairin məktublarının daha bir özəlliyi onların cavab xarakterli olmasıdır. Qaraqoyunlu Cahanşah, Ağqoyunlu Sultan Yaqub, Osmanlı Sultan Məhəmməd Fateh və Sultan Bayəzidə ünvanlanan bu məktublar həm tarixi, həm də ədəbi baxımdan xüsusi dəyərə malikdir.

* Məqalənin əsas müddəaları 17–18 avqust 2016-cı ildə Türbət Camda (İran) təşkil olunmuş I Beynəlxalq Əbdürrəhman Cami konfransında məruzə olunmuşdur. (bax: 18)

Aşağıdakı adi

Giriş...

hissəsini silib yerinə bu kodu əlavə edin. Mətn ixtisar edilməyib, yalnız başlıq ayrılıb və texniki ədə¬¬biyyatı xətası düzəldilib.

Giriş

Orta əsrlər ədəbiyyatında epistolyar janrın xüsusi yeri olsa da, ədəbi məktublar kontekstində bu mövzu indiyədək xüsusi tədqiq olunmamışdır. Bunun səbəblərindən biri, çox ehtimal ki, həmin məktubların çox zaman fərdi xarakterli olması və şəxsi istəklərin ifadəçisi olmasıdır. Bu mənada müxtəlif ədib və şairlərin irsindən həmin məktubları toplayıb təsnifatını aparmaq da müəyyən anlamda çətinlik törədir.

Bununla belə, orta əsrlərdə məktublarını toplayaraq, “münşəat” adı altında tərtib edən bir neçə şairin məlum olduğunu da qeyd etməliyik. Onlar bədii əhəmiyyətini nəzərə alaraq, həmin məktublarını həm də bədii nəsr nümunəsi kimi işləmişlər. Bu baxımdan Xaqani Şirvaninin ikidilli (ərəbcə və farsca) məktubları (münşəat), Əbdürrəhman Caminin farsca münşəatı həmişə orta əsrlər ədəbiyyatı tədqiqatçılarının diqqət mərkəzində olmuşdur.

Fars ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan, klassik şeirin “xatəmüş-şüəra”sı sayılan Nurəddin Əbdürrəhman Caminin məktubları mənsur və mənzum olmaqla iki qismə bölünür. Onun münşəatında yer alan məktubların bir qismi nəzmlə nəsrin növbələşməsi ilə yazıldığından hər iki ədəbi üslubun ənənələrini özündə əks etdirir. Amma divanlara daxil edilən mənzum məktublar, adətən, ayrıca başlıq altında toplanmır, divan tərtibində janrına uyğun olaraq, qəsidə və ya məsnəvi bölümündə yer alırdı.

Caminin mənzum məktubları da onun divanında uyğun janrların sırasında yer alır. Onun həmin şeirlərinə verdiyi başlıqlar məktubların müxatəbini, bəzən hətta yazılma səbəbini müəyyənləşdirməyə şərait yaradır. Bu böyük söz ustasının mənzum məktubları təkcə ədəbi dəyəri və poetikası ilə deyil, həm də məzmunu – dövrünün tarixi şəxsiyyət və hadisələrinə münasibəti ifadə baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan təkcə mənzum məktubların deyil, ümumiyyətlə, orta çağ poeziyasının bəzi nümunələrinin həm də bir tarixi qaynaq dəyərinə malik olması üzə çıxır. Halbuki indiyədək Caminin məktublarının ədəbi və tarixi dəyəri ayrıca bir tədqiqata mövzu olaraq təfərrüatlı öyrənilməmişdir. Bu poetik epistolyar nümunələrdən onun həyat və yaradıcılığından bəhs edilərkən və yaxud müxatəblərinə (Cahanşah Həqiqi, II Sultan Bayəzid, Sultan Yaqub və b.) həsr olunmuş tədqiqatlarda ümumi şəkildə söz açılmışdır. Bu sahədə dəyərli araşdırma müəllifi kimi Cami irsinin tanınmış tədqiqatçılarından Ə. Əfsaxzod və Ə. Ə. Hikmətin adlarını qeyd edə bilərik.

Caminin Qaraqoyunlu Cahanşaha mənzum məktubunun ədəbi rəy və epistolyar janr spesifikası

Orta əsrlər divan şeirinin bu gün də dəyərini qoruyub saxlayan cəhətlərindən biri ədəbi xüsusiyyətidirsə, digəri bu ədəbiyyatda tarixi gerçəkliyin inikası spesifikasıdır. Hətta bu şeirlərin bir qismində tarixi qaynaqlarda olmayan məlumatlara da rast gəlinir. Bu özəlliyi ilə həmin şeirlər tarixi mənbə kimi də əhəmiyyət kəsb edir.

Bu kontekstdə XV əsrin ən görkəmli ədəbi şəxsiyyətlərindən biri olan Əbdürrəhman Caminin divanı maraq doğurur. Onun divanında dövrünün məşhur xanədanlarının – Teymuri, Qaraqoyunlu, Ağqoyunlu və Osmanlıların nümayəndələrinə ünvanlanmış məktub və mədhiyyələr də yer alır. Bu məktublardan biri Qaraqoyunlu Cahanşahın məktubunun cavabında yazılmışdır. Caminin Cahanşaha bu mənzum məktubu, yuxarıda qeyd etdiyimiz kimi, bir çox tədqiqat əsərlərində (7, s. 62–64; 9, s. 52–53; 16, s. 16) yad olunsa da, bu mətn digər tədqiqatçılar tərəfindən təfərrüatlı təhlil olunmamışdır.

Ümumiyyətlə, divanda yer alan mənzum məktublar Teymuri imperatorluğunda yaşayan Caminin təkcə Teymurilərin deyil, Qaraqoyunlu, Ağqoyunlu və Osmanlıların da bəyəndiyi və dəyər verdiyi bir şəxs olduğunu göstərir. Nuri Gəncosman qeyd edir ki, “Hindistan, İran və Azərbaycan ölkələrində hakimiyyət sürən Gürganilər, Ağqoyunlular, Qaraqoyunlular kimi müxtəlif məzhəb və etiqadlara mənsub olan hökmdarlar Caminin diqqətini cəlb etmək üçün bir-biri ilə rəqabətə girdilər. Amma o bunların hamısını təvazökarlıqla qarşıladı. Sadə və iddiasız bir irfan və dərvişlik həyatının təmiz həyəcanları içində yaşadı” (8, s. V).

“Hindistan, İran və Azərbaycan ölkələrində hakimiyyət sürən Gürganilər, Ağqoyunlular, Qaraqoyunlular kimi müxtəlif məzhəb və etiqadlara mənsub olan hökmdarlar Caminin diqqətini cəlb etmək üçün bir-biri ilə rəqabətə girdilər. Amma o bunların hamısını təvazökarlıqla qarşıladı. Sadə və iddiasız bir irfan və dərvişlik həyatının təmiz həyəcanları içində yaşadı” (8, s. V).

Burada bir cəhətə də diqqət yetirilməlidir ki, Cami, ümumiyyətlə, öz dövrünün hakimlərinə, o cümlədən Cahanşah, Sultan Yaqub, Sultan Məhəmməd Fatih və Sultan Bayəzidə saray şairlərinin ənənəvi irihəcmli şeirlərindən fərqli olaraq, kiçik həcmli mədhiyyələr təqdim etmişdir. Caminin Məhəmmədi-Rumi deyə bəhs etdiyi hökmdara – Sultan Məhəmməd Fatehə yazdığı mədh həcminin çox qısalığı ilə təəccüb doğurur. Şair təkcə Sultan Məhəmmədə deyil, Cahanşah, Sultan Yaqub və Sultan Bayəzidə də saray şeiri ənənəsi ilə müqayisədə nisbətən kiçik həcmli mədhiyyələr həsr etmişdir.

Caminin bu hökmdar məmduhlarına qısa şeirlər ithaf etməsi sual doğurur: bəlkə şairin ilhamı irihəcmli qəsidə yazmağa yetməyib, yaxud o bu şeirləri yazmağa məcbur edilmişdir? Zənnimizcə, bu səbəblərdən heç biri deyildir və şair mövzuya, eləcə də müxatəb və məmduhlarının ruhiyyə və xarakterinə görə şeirinə biçim vermişdir. O özü də Sultan Yaquba müraciətində bunun səbəbini belə bir şəkildə açıqlayır və uzun qəsidələrin xoşa gəlməyəcəyindən ehtiyatlandığını bildirir. Bu barədə irəlidə bəhs edəcəyik.

Ümumiyyətlə, Caminin mədhiyyələrindəki müəyyən işarələrdən də anlaşıldığı kimi, şeirin poetik strukturu, dili, məcazlar sistemi və s. nəinki onun özünün, eləcə də müxatəbinin də ruhi durumu və psixoloji yaşantılarından qaynaqlanır. Məlum olduğu kimi, bəzən şairlər tarixi keçmişdən bəhs edərkən belə, hadisələrin inkişafı və tarixi şəxsiyyətlərin təsvirində müasiri olduğu hadisə və şəxsiyyətlərə üstüörtülü və ya açıq eyham vura bilmişlər. Divan şeiri və məsnəvi ədəbiyyatında bunun saysız örnəklərini görə bilirik. Ümumiyyətlə, tarixi hadisələrin orta əsrlər ədəbiyyatında inikası bəzən açıq, bəzən dolayısı ilə olmaqla çeşidli səviyyələrdə görünür.

İctimai-siyasi xarakterli hadisələrin poetik əksinə daha çox məsnəvi və qəsidələrdə rast gəlinsə də, bəzən daha kiçik həcmli janrlarda da bu hadisələrə eyhamlar yer alır. Orta çağ şairləri çağdaşları olan hökmdarlara münasibətini, dövrün siyasi-hərbi və ya ictimai-siyasi hadisələri haqqındakı düşüncələrini çox zaman təlmih, eyham, bənzətmə və ya mübaliğə kimi poetik vasitələrlə ifadə etmişlər (3, s. 176). Eləcə də tarix kitablarında bədii elementlərdən istifadə olunması orta çağda məqbul və ənənəviləşmiş üslublardan idi.

Amma bu poetik düşüncə, zahiri təmtəraq və obrazlı deyimlərin arxasında bəzən müəllifin cismani və ruhi varlığının bir mücadiləsinin də olmasına, onun ikinci “mən”inin asta, amma eşidilə biləcək bir səslə söylədiklərinə çox zaman diqqət yetirilməmişdir. Həmin daxili “mən”in səsi bir çox şairlərin əsərlərində özünü hiss etdirir (3, s. 176). Bu tərzdə fikrini ifadəyə, yəni əsas məqsədini obrazlı deyimlər arxasında gizləməyə Camidə də təsadüf edirik və şairin Cahanşahı mədh etdiyi şeirində (10, s. 252; 13, s. 442–445; 14, s. 745–746) bənzər vəziyyətin mövcudluğunu təfərrüatlı təhlil nəticəsində üzə çıxardıq.

Məsnəvinin adlandırılma tərzi də maraq doğurur. Söz ustası Cami Qaraqoyunlu bəyinin adını güzgüdəki əks şəklində (“şah-e cəhan Cəhanşah”) istifadə etmişdir:

ساقی نامه در مدح شاه جهان، جهان شاه

(“Cahanın şahı Cahanşahın mədhində saqinamə”)

Bu ikilik təkcə şeirin adında deyil, şairin bu Qaraqoyunlu bəyinə baxışında da müşahidə olunur. Belə ki, Caminin mədh xarakterli şeirində bu padşaha mənfi münasibəti də gizli ifadəsini tapmışdır. Görkəmli mütəsəvvif şair bəhsini etdiyimiz farsca məktub-məsnəvisində mədh etdiyi Cahanşahı öncə Əttar, Mövlana və Şeyx Mahmud Şəbüstəri ilə müqayisə edir və onun divanını təsəvvüfi düşüncə kontekstində yüksək dəyərləndirir.

Şərq şeirinə xas yüksək obrazlılıq və təmtəraqlı dil ilə hökmdarı öyən şair ikicə beyt ilə söylədiklərinin üzərinə kölgə salır və bu şeirin məcburiyyət qarşısında yazılması təəssüratını yaradır. Əslində aşağıdakı beytləri Caminin özünün özünü təkzibi kimi dəyərləndirmək olar:

چو خفاش را نیست نور بصر

که بیند به روی زمین عکس خور.

کجا آورد هرگزش دیده تاب

که بیند بر اوج فلک آفتاب.

(14, s. 746)

(Yarasada göz nuru olmadığı üçün yer üzündə günəşin əksini görə bilmir. Göz ona necə tab gətirə bilər? Kim uca göydəki günəşi görə bilər?)

Zənnimizcə, onun yuxarıdakı iki beytində məmduhu Qaraqoyunlu Cahanşaha həqiqi münasibəti əksini tapmışdır. Bu mənzum məktubda başdan-başa məmduhun mədh olunduğuna baxmayaraq, şair, göründüyü kimi, Cahanşahın irfani düşüncəsinə mənfi münasibətini bəzəkli kəlmələrin arxasında gizləyə bilmişdir.

Belə ki, Cami öncəki beytdə məmduhunun söz sənətini vəsf etməkdə aciz olduğunu ifadə edir, fikrin davamı olaraq, özünü təvazökarlıqla kiçildir və Cahanşahı günəşə bənzədir. Buna görə də, şairin “xəffaş” metaforasını işlətməkdə məqsədinin nə olduğu ilk baxışda anlaşılmır. Çünki “xurşid” və “xəffaş” kimi səslənmə baxımından bənzər və məcazi anlamına görə ziddiyyətli kəlmələr şairin eyhamının üzərinə bir örtük çəkir.

Xatırlatmalıyıq ki, “Xəffaş” (“Yarasa”) bu Qaraqoyunlu hökmdarına kinayə ilə verilən bir ləqəb idi. Tarixi qaynaqlara görə, Cahanşahın bu cür adlandırılmasının səbəbi gecələr səhərədək yatmayıb eyş-işrət məclislərində əylənməsi, gündüzlər isə yatması idi (bax: 7, s. 23–24).

Bu anlamda Caminin həmin ləqəbi xatırlatmasının ikianlamlılığı və Qaraqoyunlu bəyinin irfani görüşlərinə gizli mənfi münasibətinin ifadəsi olması qənaətinə gəldik. Zənnimizcə, Cahanşahı mədhində şairin şəxsiyyəti ikiləşmiş, şeirində məcaz həm gerçəkliyin örtüyü, həm də fikri açarı kimi istifadə olunmuşdur.

Göründüyü kimi, Caminin bu ləqəbi istifadəsi Cahanşahın irfani görüşlərini bəyəndiyinə bir şübhə doğurur və nəticə etibarilə bu misralardakı eyhamlar şairin Qaraqoyunlu bəyinin irfani görüşlərinin həqiqiliyinə inamsızlığı təsəvvürünü yaradır. Bu kiçik işarə olmadan həmin qüdrətli və siyasi baxımdan uzaqgörən Qaraqoyunlu bəyinin irfani görüşlərinə Caminin həqiqi münasibəti tarixin qaranlığına gömülmüş olardı.

Bu gizli qütbləşmə və ziddiyyətin bir səbəbi həmin iki görkəmli şəxsiyyətin məzhəb mənsubiyyəti ilə də bağlı ola bilərdi. Belə ki, məlum olduğu kimi, Cami sünni məzhəbi və nəqşbəndi təriqətindən idi. Tədqiqatlara görə, Cahanşah isə şiə məzhəbindən (6, s. 215; 7, s. 19–20) və hürufiliyə rəğbət göstərənlərdən (4, s. 435–439; 7, s. 27–62) olmuşdur. Hətta onun türkcə divanı hürufilik görüşlərinin ifadələri baxımından Nəsimi şeiri ilə səhv salınacaq səviyyədədir. Caminin hürufiliyə mənfi münasibəti isə onun “Nəfəhətül-üns”ündə dolayısı ilə ifadəsini tapmışdır (bax: 15, s. 593).

Əsərin adında yer alan “saqinamə” ifadəsi də diqqətimizi çəkdi və bəlli tarixi faktlar bu tərzdə ad seçiminin bir təsadüf olmadığı düşüncəsinə yönəldir. Cahanşahın həyatına aid mənbələrlə əlaqəli öyrənildikdə bu adlandırma Qaraqoyunlu bəyinin eyş-işrət məclislərinə meylliliyinə bir eyham kimi qəbul oluna bilir. Digər tərəfdən, saqi içki məclislərində şərab gəzdirərək beyinləri dumanlandırdığı kimi, Caminin şeiri də zahiri bəzəyi ilə şahı heyran və məst etməli idi.

Yüzillər boyu şairin əsas məqsədinin gizli qalması da onun bu niyyətinə çatdığını göstərir... Çox ehtimal ki, Cami məmduhunun irfani mövzulu şeirlər divanı haqqında mənzum rəyinə “saqinamə” adını verməklə ədəbi bir fənd işlətmişdir. O həm bu ifadənin irfani ədəbiyyatda işlək terminlərdən olmasını, həm hökmdarın içkiyə meyilliliyini, deməli, həm də onun zövqünü nəzərə almışdır.

Göründüyü kimi, Caminin məktubu ədəbi bir mətni – Qaraqoyunlu Cahanşahın divanını nisbi anlamda təhlil xarakterli olduğundan ədəbi rəy, məktub olması baxımından epistolyar janr spesifikasına malikdir. Bundan başqa, bir sıra tarixi gerçəklikləri ehtiva etməsi və psixoloji məqamlara malik olması ilə də bu məktub xüsusi dəyər kəsb edir. Yuxarıdakı eyhamlar (“saqinamə”, “xəffas”) və ikibaşlı beytə baxmayaraq, bəhsini etdiyimiz mənzum məktub Cami ilə Cahanşahın ədəbi əlaqəsini müəyyənləşdirməyə verdiyi imkan baxımından xüsusi əhəmiyyətə malikdir.

Caminin bu məktubu Qaraqoyunlu bəyinə ünvanlanmış yeganə ədəbi nümunə deyildir. Şair 34 lövhədən (hekayə) ibarət olan “Ləvayih”ini də bu hökmdara ithaf etmişdir. Cami irsinin tanınmış tədqiqatçılarından Əli Əsgər Hikmət bu barədə yazır:

“Belə görünür ki, Cami bu kitabı İraq, Həmədan və Azərbaycanın padşahı olan Qaraqoyunlu Cahanşah Türkmana hədiyyə etmişdir. Amma bu hökmdar heratlıların yanında yaxşı ad çıxarmadığından onun adını çəkməmiş”dir (17, s. 171).

Tədqiqatçıya görə, yazılma tarixi qeyd edilmədiyindən əsərin təqribən bu padşahın hakimiyyət illərinin təsadüf etdiyi h. 870 / m. 1465–1466-cı illər hüdudunda yazıldığını ehtimal etmək olar (17, s. 172).

Caminin Ağqoyunlu Sultan Yaquba mədhiyyə-məktubları

Caminin Ağqoyunlu sarayı ilə də əlaqəsinin olması divanındakı bir neçə şeirdən məlum olur. O, Sultan Yaqubun iki məktubuna ayrı-ayrılıqda mənzum cavab yazmış və bir neçə qəsidəsində onu mədh etmişdir. Şairin mənzum məktublarından biri “Cevab-e name-ye Sultan Yəqub” (“Sultan Yaqubun məktubuna cavab”), digəri “Dər cevab-e name-ye Yəqub Sultan vaqeə əst” (“Sultan Yaqubun məktubunun cavabında söylənmişdir”) başlıqları ilə verilmişdir. Bu tərzdə adlandırma Caminin Sultan Yaqubdan məktublar aldığını və həmin münasibətlə mənzum cavab məktublarını yazdığını göstərir.

Sultan Yaquba yazılan hər iki məktubun daxili quruluşu fərqlidir. Caminin birinci məktubu bir sıra xüsusiyyətləri ilə daha maraq doğuran struktura malikdir. Şair 9 beytlik giriş qismində alınan məktubun yazı tərzini təsvir və vəsf edir. Məktubun hərflərinin quruluşu çoxsaylı poetik məcazların yaranmasına səbəb olur və şairin xəyalını sanki üfüqlərə pərvazlandıraraq, fərqli aləmdən reallığa baxışını təmin edir. Aşağıdakı beytlərə nəzər salaq:

تبارک الله ازین طایر همایون فال

خجسته نامه اقبال بسته بر پر و بال

نه نامه نافه ای از مشک خالص آمده پر

نه نامه طبله ای از عطر ناب ملامال

نه شاهدیست که مشاطگان کلک و بنان

ز حرف و نقطه نهادند بر رخش خط و خال

(14, s. 75)

(Bu xoşbəxt taleli quşa çox şükür olsun,
Çünki uğurlu bəxt məktubunu qanadına bağlamışdır.

Nə məktub, xalis müşklə dolu bir nafə gəlmiş,
Nə məktub, saf ətirlə başdan-başa dolu bir qutu (gəlmiş).

Məşşatələrin qələm və barmaqları ilə bəzədiyi bir gözəl deyil,
Onun üzünə xətt və xal hərf və nöqtədən qoyulmuş(dur)).

Analoji üslubu Caminin digər mənzum məktubunda da görürük. Onun mənzum məktublarından biri Hindistanın ədib, filosof və riyaziyyatçılarından olan Xacə Cahanın məktubunun cavabında yazılmışdır: “İn name cəvab-e Xace Cəhan əst” (“Bu məktub Xacə Cahana cavabdır”). Bu qəsidədən məlum olur ki, Xacə Cahanın məktubu nəzmlə nəsrin növbələşməsi ilə yazılmışdır. Amma Cami yalnız nəzm üslubunu – qəsidə janrını seçmiş, digər şeirlərin qəliblərindən isə fraqmentar bəhrələnmişdir. Məsələn, bu mənzum məktubda əlifnamənin elementləri də görünür:

سینش از دندانه ها پیوسته دندان کرده تیز

تا گشاید از رگ جان عقده رنج و عنا

لام او بار دل ما دیده و خم کرده پشت

تا به پشت خم کشد آن را به سرحد ادا

وان الف لام آمده در وی که پا ننهاده ایم

بی لوای استقامت در ره عشق و ولا

حلقه میمش بود شاهد بر آن معنی که کرد

سر اخلاص و محبت حلقه ای در گوش ما.

(14, s. 12)

(Onun “sin” (hərf)i “diş”lərdən dişini itiləyib ki, can ipindən əzab və əziyyət düyününü açsın.

Onun “lam”ı bizim qəlbimizin yükünü görərək belini əyib ki, əyilmiş beli ilə onu naz-qəmzənin sərhədinə qədər çəkib apara bilsin.

Və məktubda işlənən o “əlif-lam” eşq və dostluq yoluna istiqaməti göstərən bayraq olmadan qədəm qoymamağım üçündür.

“Mim”inin həlqəsi ixlas və məhəbbətin başlanğıcının bizim qulağımızda bir halqa olması mənasına şahidlik edir).

Əksər mənzum məktubları ilə müqayisədə Caminin bu qəsidəsinin həcmi böyükdür və demək olar ki, bu şeirdə şairin xəyalı dünyəvi bağlılıqlardan azaddır. Xacə Cahanın cavabında yazılan məktubun daha uzun, daha artıq duyğulu olmasını ehtimal şəklində bu cəhətlə əlaqələndirmək olar.

Şair Sultan Yaquba göndərdiyi bir mənzum məktubda da təxəyyülünün gücünü nümayiş etdirir və ənənəvi elementlərdən yeni poetik qəlibdə istifadə edir: “mətləi-sani” deyə ikinci mətlədən sonra şairin xəyali müraciəti verilir. Əslində ikinci müqəddimə kimi nəzərdə tutulan 8–10 beytin məmduha, yoxsa hər hansı bir gözələ xitab olması ilk baxışda bəlli olmur.

Nəhayət, məmduhun adı və atasının adını çəkməklə Cami mətnin əsas – mədh hissəsinə keçir. Burada bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, şair yalnız məktubunda deyil, ümumiyyətlə, Sultan Yaquba ünvanlandığı hər bir əsərində (qəsidə, məsnəvi...) oğulun adını çəkdikdə atanın – Uzun Həsənin də adını yad edir:

شاه جم مرتبه یعقوب که از خلق حسن

قاف تا قاف جهان وارث ملک پدر است.

(2114, s.)

(Cəmşidin mərtəbəsində olan Yaqub gözəl xasiyyətinə görə
Qafdan Qafa cahanın – ata(sı)nın mülkünün varisidir).

شاه یعقوب بن حسن که گرفت

جود را طبع او چو عدل شعار.

(5714, s.)

(Həsənin oğlu Yaqub şah ki, onun təbiəti səxavəti ədalət kimi (özünə) şüar etdi).

یعقوب بن حسن که به کنه امل رسید

هر کس که هم به جود وی آمد توسلش.

(6214, s.)

(Həsənin oğlu Yaqub (xeyir) əməlin mahiyyətinə yetişdiyi (üçün) onun ətəyinə əli yetən hər kəsə səxavəti çatır).

شد ز حسن خلق مشهور زمن

حسن میراث وی این خلق حسن.

والد ش مر کب بدارالخلد راند

از وی این خلق حسن میراث ماند.

(17, s. 39)

(Gözəl xasiyyəti ilə yer üzündə məşhur oldu,
Ona miras qalan gözəllik bu gözəl xasiyyətidir.
Atası atını cənnət sarayına sürdü,
Ondan bu gözəl əxlaq miras qaldı).

Ehtimal ki, bu xatırlatmalar təsadüfi deyil və Cami belə bir üslubla Uzun Həsənə olan rəğbətini də bəyan edirdi. Qeyd etməliyik ki, Cami Ağqoyunlu hökmdarı Uzun Həsənə də məktub ünvanlamışdır və şairin münşəatında yer alan həmin mətn nəzmlə nəsrin növbələşməsi ilə yazılmışdır.

Bu mətndən Uzun Həsənin Camiyə məktub yazaraq, Gürcüstan yolunu kafirlərdən azad etdirməsini bildirməsi məlum olur (8, s. 35). Çox güman ki, Uzun Həsən Caminin xahişinə əsasən bu hərəkəti etmiş və nəticədən də onu xəbərdar etmişdir. Yoxsa ki, müstəqil bir dövlətin başçısının hansısa bir fəaliyyətdən sonra başqa bir dövlətdə yaşayan və heç bir siyasi güc sahibi olmayan bir şəxsə açıqlama verməsi aydın olmur.

Artıq öncə də qeyd etdiyimiz kimi, Caminin digər mədhiyyələri ilə müqayisədə Cahanşah və Sultan Yaquba yazdığı cavab məktubları nisbətən kiçik həcmlidir. Sultan Yaquba yazdığı məktubda şairin özü buna belə bir açıqlama verir:

سخن گذاریم از حد گذشت از آن ترسم

که در جبین قبولت فتد شکنج ملال.

(14, s. 76)

(Söz söyləməm həddən keçdi, ona görə qorxuram ki,
Sənə bu qədər (sözün) qəbulu işgəncə və kədər gətirər).

شاهی که حد من نبود مد حش آنچنان

کو خود به عدل وجود کند مدح خویشتن.

(14, s. 94)

(Bir şah ki, onu mədh etmək mənim həddim deyil,
Çünki o özü ədalət və səxavəti ilə öz mədhini edir).

چون قاصر است کلک زبانم ز مدحتش

آن به که چون دوات نهم مهر بر دهن.

(14, s. 94)

(Dilimin qələmi onun mədhində qısadır,
O yaxşı olar ki, mürəkkəb kimi ağzıma möhür vuram).

Zənnimizcə, kiçik həcmli mədhiyyəyə meyllilik – belə bir bu seçim fərdi yanaşmanın göstəricisi olmaqla bərabər, dövrün etiketinin də ifadəçisidir. Görünür, uzun məktubların yoruculuğu və oxunaqlı olmaması, eləcə də sözünə diqqət edilməyəcəyindən ehtiyatlanma Camini belə bir yol tutmağa yönəltmişdir. Bu xüsusiyyət həmçinin şairin özünə və sözünə verdiyi dəyəri də aşkara çıxarır.

Caminin bu məktubu onun Sultan Yaquba rəğbətini göstərən yeganə şeir deyildir. Şairin daha üç mədhiyyə şeiri də bu Ağqoyunlu bəyinə ünvanlanmışdır. Cami həmin mədhiyyələrindən birində özünün yaşlandığını, türkmən bəyinin isə gəncliyini sadəcə vurğulamaqla kifayətlənir. Şair “Dər cevab-e name-ye Yəqub Sultan vaqeə əst” başlıqlı mənzum məktubunda isə bu yaş nisbətini daha poetik dəyərləndirir.

Sultan Yaqubu Yusifə, özünü isə onun atası Yaquba oxşadan Cami öz məktubunu da Nizaminin “İqbalnamə”sinə bənzədir. Görünür, Nizaminin bu əsərinin adında yer alan, “bəxt və tale açıqlığı”, “xoşbəxtlik” anlamlarına gələn “iqbal” kəlməsi ilə Cami həm gənc hökmdarın ümidverici gələcəyini, həm “İqbalnamə”nin didaktik və fəlsəfi xarakterliliyini, həm də həmin əsərin azərbaycanlı şairin yaşlı dövrünə təsadüf etməsini eyni zamanda nəzərdə tutmuşdur.

Cami irsinin tədqiqatçısı Ə. Ə. Hikmət bu şeiri dəyərləndirərkən bildirir ki, “gənc sultanın ustada qarşı göstərdiyi sayğı və bağlılığın dərəcəsi ilə ustadın zəmanə sultanlarına nisbətlə ona qarşı olduqca açıq danışması bu qəsidədən çox gözəl anlaşılmaqdadır” (8, s. 36).

Caminin “Dər mədh-e Yəqub Sultan” başlıqlı şeirində özü ilə bağlı iki avtobioqrafik məqam da diqqəti cəlb edir. O, mədhiyyənin müqəddimə qismində həyətində oturan müqəddəslər dəstəsinin (“qoruh-e moqəddəsan”) dilindən 200-ə qədər şeirinin müğənnilər tərəfindən oxunduğunu, bu şeirlərin məzmun etibarilə dünyəvi deyil, irfani məzmunlu olduğunu bildirir.

Digər bir fakt isə onun bu mədhiyyəni yaşlı vaxtlarında qələmə almasıdır:

برفت قوت طبع جوانی ام امروز

ز عقل پیر به مداحی توام مامور

چو بر جواهر منظومم اقتدار نماند

فشاندم از خوی خجلت لالی منثور.

بود وظيفه پیران دعای شاه جوان

پی مصالح ملک و منابع جمهور.

(14, s. 53)

(Cavanlıq təbimin qüvvəti getdi bu gün,
Qocanın ağlı ilə sənin məddahlığına təyin olundum.

Nəzmimin cövhərində qüvvə qalmadığı üçün
Dilsiz bir xəcalət üzündən nəsri səpələdim.

Yaşlıların işi cavan şah üçün, daha sonra dövlətin zəruri işləri və xalqın (gəlir) mənbələri üçün dua etməkdir).

Mədhiyyə qəsidədə onun Sultan Yaqubla bağlı “köç” (“kuç”) sözünü işlətməsi və onun “yeni dövlət” (“doulət-e taze”) quracağına işarə də şairin Ağqoyunlu tayfaları və dövlətinə münasibətinə bir işıq salır:

همیشه تا که درین کوچ گه نیارامند

وفود غیب ز آمد شد و دود و صدور.

مقر عز تو بخت جلالتی بادا

که دم به دم رسدش تازه دولتی به ظهور.

(14, s. 53)

(Həmişə köç yerində ocaq tüstüsü, get-gəl və baş verən (müxtəlif) hadisələr olduğundan qeyb elçiləri (mələklər) rahatlana bilmirlər...

Sənin izzətin bərqərar ola, bəxt(in) şərəfli ola, çünki anbaan ona bir uğur zühur edərək yetişdi).

Sonuncu beytdə “doulət” (“dövlət”) sözünün iki mənası – uğur və dövlət eyni zamanda nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, Sultan Yaqub Ağqoyunlu bəyliyinin sərhədlərini genişləndirərək, onu qüdrətli dövlətə çevirən Uzun Həsənin oğlu idi. Bu dövlət isə yetərincə özünü siyasi aləmdə təsdiqləmiş, Şərq və Qərb dövlətləri ilə əlaqələr qurmuşdu.

Bu baxımdan “təzə dövlət” quruculuğu arzulayan Caminin nəyi nəzərdə tutması tamamilə bəlli olmur. Bundan başqa, o, digər bir şeirində “Qafdan Qafa... bir mülkün” Sultan Yaquba atası Uzun Həsəndən miras qaldığını bildirir. Bu mənada, eləcə də Uzun Həsənə rəğbətini dönə-dönə dilə gətirməsi əsasında Caminin həqiqi niyyətini anlamaq çətindir.

Bəlkə də o, Ağqoyunlu dövlətinin siyasətini bəyənmir, himayəsində yaşadığı Teymurilərlə onun yaxın münasibətini arzu edirdi və bu mənada yeni siyasətli təzə dövlətə işarə edirdi. Yaxud bəlkə də Cami bu dövləti köçərilərin dövləti sayaraq, ciddi qəbul etmirdi. Beləliklə, o, sətraltı da olsa, öz şair “mən”inin söylədikləri arasında öz həqiqi şəxsiyyətinin baxış bucağını açıqlayırdı.

Göründüyü kimi, şair mədhiyyələrində təkcə hökmdarların eşitmək istədiklərini söyləmirdi. Yeri gəldikcə, öz fərdi düşüncələrini də sətirlər arasına ustalıqla yerləşdirirdi.

Bunu da qeyd etməliyik ki, Cami ilə Sultan Yaqubun ədəbi əlaqələrində iki istiqamət diqqəti cəlb edir: məmduh-şair münasibətləri (Caminin Sultan Yaqubu mədhləri) və sələf-xələflik (Sultan Yaqubun Camiyə nəzirəsi). Belə ki, həm türkcə, həm də farsca şeirlər yazan Sultan Yaqub Caminin bir qəzəlinə nəzirə yazmışdır (bax: 10, s. 240).

Maraqlıdır ki, Cami bu Ağqoyunlu bəyinə olan rəğbətini onun ölümündən sonra Osmanlı hökmdarı – II Sultan Bayəzidə ithaf etdiyi “Silsilətüz-zəhəb” adlı məsnəvisində də dilə gətirir, onun vaxtsız ölümünə kədərləndiyini və təəssüf hissi keçirdiyini bildirir. İlkin qaynaq və araşdırmalarda Sultan Yaqubun qəfil və müəmmalı şəkildə vəfat etməsi bildirilsə də, Cami ona zəmanə tərəfindən bəla gəldiyini vurğulayır. Bəlkə də onda çox sevdiyi bu Ağqoyunlu bəyinin siyasi intriqaların qurbanı olması barədə məlumat olmuşdur.

Cami “ayrıca Sultan Yaqubun adına müstəqil bir məsnəvi də qələmə almışdır ki, bu da “Salaman və Əbsal” adlı əsərdir. Şair kitabın əvvəl və son qismində bu padşahın adını böyük bir hörmət ilə təkrar etmişdir” (8, s. 38).

Nəticə

Caminin mənzum məktublarında diqqəti cəlb edən cəhət onun, bir qayda olaraq, hökmdarlara ilk olaraq, özünün müraciət etməməsi və ona yazılmış məktublara cavab verməsidir. Buna görə də, Caminin məktublarının əsasında digər mədhiyyə yazanların şeirindən fərqli olaraq, nəyi isə xahiş etmə deyil, əksinə, göndərilən hədiyyələr müqabilində təşəkkür durur və bu da onun məktublarının bir özəlliyidir.

Şairin mənzum mədhiyyə-məktublarının əksəriyyətinin həcmcə qısa olması da həmin şeirlərin bir spesifikliyidir. Ümumilikdə Caminin mənzum məktubları tarixi və ədəbi dəyəri ilə əhəmiyyət kəsb edir, psixoloji məqamları ilə maraq doğurur.

Ədəbiyyat

Azərbaycan dilində

Bakıxanov A. Gülüstani-İrəm. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1951.

Nağıyeva, Cənnət. Azərbaycanda Cami (əlyazmalar əsasında). Bakı: Elm, 2007.

Şıxıyeva, Səadət. Hökmdarlara münasibət prizmasından şair şəxsiyyətinin ikiliyi // Görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2012, s. 176–179.

Şıxıyeva, Səadət. Hürufi müəlliflər Qaraqoyunlular haqqında // “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” (akad. Vasim Məmmədəliyevin 70 illiyinə həsr olunmuş konfransın materialları). Bakı, 27–28 iyun 2013-cü il. Bakı: Bakı çap evi, 2013, s. 429–443.

Türk dilində

Abu Bakr-i Tihrani. Kitab-i Diyarbakriyya. Ak-Koyunlular Tarihi. II Cüz. Yayınlarlar: Necati Lugal, Faruk Sümer. Giriş ve Notlar: Faruk Sümer. Ankara: Türk Tarih Kurumu Basımevi, 1993.

Atıcı Arayancan, Ayşe. Karakoyunlu Hükümdarlarından Cihanşah ve Dönemi (Siyaset-Teşkilat-İktisad-Din-Kültür) 1438–1467. Doktora Tezi, Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara, 2010.

Değirmançay, Veyis. Karakoyunlu Hükümdarı Cihânşâh ve Farsça Şiirleri (Dîvân-ı Hakîkî). Erzurum: Fen-Edebiyat Fakültesi Yayınları, 2004.

Hikmet, Ali Asgar. Câmî, Hayatı ve Eserleri. Tercüme: M. Nuri Gencosman. Ankara: Milli Eğitim Basımevi, 1963.

Macit, Muhsin. Karakoyunlu Cihânşâh Hakîkî’nin Türkçe Şiirleri. Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları, 2012.

Rus dilində

Афсахзод, А. Лирика Абд ар-Рахмана Джами. Проблемы текста и поэтики. Москва: Наука, 1988.

Бертельс Е. Навои и Джами // Избранные труды. Москва: Наука, 1965.

Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-арайи Амини. Баку: Элм, 1987.

Fars dilində

اسناد و مکاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل. گرد آورنده: دکتر عبد الحسين نوائي، تهران: شرکت انتشارات علمی و فرهنگی، 1380.

جامی، نورالدین عبد الرحمن. دیوان. با مقدمه و تصحیح محمد روشن، تهران: انتشارات نگاه، 1380.

جامي، عبد الرحمن بن احمد. نفاحات الانس من حضرات القدس. بتصحيح و مقدمه و پيوست محدی توحيدي پور، تهران: انتشارت علمی، 1375.

حقیقی، میرزا جهانشاه. دیوان فارسی-ترکی، به کوشش: فیروز رفاهی علمداری. تهران: انتشارات فیروزان، 1380.

حکمت، علی اصغر. جامی: متضمن تحقیقات در تاریخ احوال و آثار منظوم و منثور خاتم الشعرا نورالدین عبدالرحمن جامی 817–898 هجری قمری، تهران: 1320.

شیخی اوا، سعادت. نامه های منظوم جامی به سلاطین تکمان: ارزش ادبی و تاریخی || مجموعه مقالات اولین کنگره بین المللی عبدالرحمن جامی (27 و 28 مرداد 1395)، جلد دوم، تربت جام، 1395، ص. 21–28.

Резюме

Письма Джами в стихах, адресованные правителям Аккоюнлу и Каракойунлу

Саадат Шихиева

В диване Джами встречаются несколько писем в стихах, в которых восхваляются властелины того времени. В этих стихах нашли отражение не только поэтические взгляды поэта, но и его реалистичное отношение к ним. Одной из отличительных особенностей данных писем Джами, будь то в стихах или прозе, является, в основном, их панегирические свойства. Еще одной особенностью является то, что данные письма поэта имеют характер ответов на послания правителей. Данные письма, адресованные Джаханшаху Каракоюнлу, Султан Якубу Аккоюнлу, Османскому султану Мехмед Фатиху, Султан Баязиду имеют особое значение, как с литературной, так и исторической точки зрения.

Ключевые слова: Джами, письма в стихах, Аккоюнлу, Каракоюнлу, литературный, исторический

Abstract

Letters in Verse from Jami to the Governors of Akkoyunlu and Karakoyunlu

Saadat Shikhiyeva

There are several letters in verses in which the governors of that time are lauded in Divan written by Jami. These poems have reflected not only the poetic views of the poet, but also his realistic attitude towards them. One of the distinguishing features of these letters of Jami, whether in verse or prose, is their panegyrical properties. Another feature is that these letters have the character of answering the messages of the governors. These letters were addressed to Jahanshah Karakoyunlu, Sultan Yakub Akkoyunlu, Ottoman Sultan Mehmed Fatih, Sultan Bayazid. They have special significance, both from a historical and literary point of view.

Keywords: Jami, a letter, verses, literary, historical, Karakoyunlu, Akkoyunlu

Qeydlər və dipnotlar

* Məqalənin əsas müddəaları 17–18 avqust 2016-cı ildə Türbət Camda (İran) təşkil olunmuş I Beynəlxalq Əbdürrəhman Cami konfransında məruzə olunmuşdur. (bax: 18)

Tanınmış tədqiqatçı Cənnət Nağıyeva yazır ki, Caminin məktub və yazışmalardan ibarət risaləsi, əsasən, “Münşəat”, “İnşa”, “Rüqəcat” adları ilə yayılmışdır. Tam şeirlə yazılan məktubları şair “Münşəat”da “rüqəyi-mənzumə” (mənzum məktub) adlandırmışdır (2, s. 49).

Məktubların xüsusi adlar altında təqdimi onu klassik şeirin məsnəvi və bəzi qəsidələrinin ənənələrini xatırladır.

Ağqoyunlu sarayında xidmət etmiş Əbubəkr Tehraninin də “Kitabi-Diyarbəkriyyə”sində Uzun Həsənin Cahanşaha baxışını ifadədə bənzər kəlmələr yer alır:

“Anadolu sultanı (Fatehi nəzərdə tutur – S.Ş.) onu yarasaya yaxşı bənzətmişdir. Padşahın gündüz(lər) xalqın (vəziyyətini) düşünməsi lazımdır. Nə onun nurdan bir həzzi var, nə də xalqın (onda) ədalət axtarmasında bir xeyir” (5, s. 414–415).

Cami Cahanşahın ədəbi təxəllüsü olan Həqiqini də eyham poetik fiquru vasitəsilə istifadə edir:

به صورت پرستان کوی مجاز

ز شاه حقیقی نشان داده باز.

(14, s. 746)

(Məcaz küçəsində surətpərəstlərə
Həqiqi şahdan yenidən əlamət göstərilmişdir).

Şairin bu ədəbi fəndi E.E. Bertels (11, s. 219) və M. Macitin də (9, s. 53) diqqətini cəlb etmişdir. Beytdə təzad təşkil edən “məcaz” və “həqiqi” (əslində: həqiqət) həm də irfani terminlərdəndir.

Füzulinin “Şikayətnamə” kimi tanınan Nişançı Paşaya məktubunda da eyni üslubu müşahidə edirik.

Hərfən: damar.

Hərfən: onda gələn.

“Həsən” burada həm hərfi anlamında (“gözəl”), həm də şəxs adı kimi istifadə olunmuşdur.

Burada: üslub, tərz.

Bu poetik parça Caminin Sultan Yaquba ithaf etdiyi “Salaman və Əbsal” əsərinin başlanğıcında yer alır.

Hərfən: ev.

Bu misralar Caminin nəzm və nəsrə münasibətinə də bir aydınlıq gətirir və onun nəzm üçün daha böyük ilhama ehtiyac olması qənaətində olduğunu göstərir.

Bəzi müəlliflər onun xanımı Gövhər sultan (bax: 12, s. 156), bəziləri səhvən anası tərəfindən zəhərləndiyini (1, s. 99; 12, s. 155–156) bildirirlər. Hətta bəzi orta əsrlər qaynaqlarında Sultan Yaqubun bacısı və Şeyx Heydər tərəfindən hakimiyyəti qəsb etmək niyyəti ilə zəhərləndiyi ehtimalı da irəli sürülür (12, s. 156). Halbuki Sultan Yaqub (vəf.: 1490) vəfat edəndə Şeyx Heydər (vəf.: 1488) həyatda deyildi. Tanınmış alim V.F. Minorskiyə görə isə, bu Ağqoyunlu bəyi Təbrizdə baş qaldıran epidemiya – vəba nəticəsində vəfat etmişdir (bax: 12, s. 156).

Burada faktiki olaraq 13 nömrəli di